İran prezidenti Mahmud Əhmədinejad İsraili açıq şəkildə təhdid edib. Lent.az-ın Türkiyə mətbuatına istindən verdiyi məlumata görə, Əhmədinejad qeyd edib ki, ölkəsinə hücum olarsa, İsrailin üzərinə getməyə hazırdırlar: “İsrail İranın reaksiyasından və belə bir hücumun nəticələrindən çox qorxur. İranın hərbi qüvvələri bütün hücumları dəf etmək gücündədir”.
İran prezidenti bir daha İsraili yer üzündən silməklə hədələyib.