İran və «altılıq» ölkələri hələ anlaşmayıb
09 noyabr 2013 20:01 (UTC +04:00)

İran və «altılıq» ölkələri hələ anlaşmayıb

0
Cenevrədə (İsveçrə) «altılıq» ölkələri ilə İran arasında keçirilən nüvə danışıqlarında müəyyən fikir ayrılıqları müşahidə olunur. Bunu danışıqlarda iştirak edən İranın XİN rəhbəri Mühəmməd Cavad Zərif bəyan edib.
 

APA-nın «Frans Press»ə istinadən verdiyi xəbərə görə, tərəflər bəzi mövzular üzrə yekdil fikrə gəlsələr də, digər mövzularla bağlı fikir ayrılığı yaranıb. «5+1» qrupu daxilində fikir ayrılığı mövcuddur», - deyə xarici işlər naziri bildirib.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda iştirak edən «altılıq» qrupuna ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 826

Oxşar yazılar