İran Qərbə xəbərdarlıq etdi: “Cavabınızı alacaqsız”
09 sentyabr 2013 10:56 (UTC +04:00)

İran Qərbə xəbərdarlıq etdi: “Cavabınızı alacaqsız”

Bağdadda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zarif ABŞ başda olmaqla, Qərbə xəbərdarlıq edib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zarif ABŞ-ın Suriyaya hücum edərək Orta Şərqdə yeni bir müharibəyə yol açacağını söyləyib.

İran xarici işlər naziri deyib ki, gələcəyi görməyənlər və savaş mahnıları oxuyanlar bölgədə hər kəsi yandıracaq bir alov yandırırlar. O, kimyəvi silah və hərbi müdaxiləyə qarşı olduqlarını da bildirib.

Dünən isə ABŞ-ın CBS telekanalına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd Dəməşqin Quta qəsəbəsində kimyəvi silah tətbiq etdiyinə dair bir sübut olmadığını söyləyib. O, Suriyaya hərbi müdaxilə olarsa, müttəfiqlərinin buna cavab verəcəyini də bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025
avatar

Oxşar yazılar