Noyabrın 12-də xarici informasiya vasitələri İranın atom-nüvə proqramına qoyduğu sərmayə haqda xəbər yayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Frans Press Agentliyi» bildirib ki, İsrailin xüsusi xidmət orqanları məsələ ilə bağlı araşdırma aparıb.
Mənbənin məlumatına əsasən, son 20 ildə Tehran nüvə proqramına 170 milyard dollar sərmayə qoyub.
Bu məbləğin bir hissəsi son illərdə xərclənib. 40 milyard dollar nüvə müəssislərinin infrastrukturunun tikintisinə və istismarına sərf edilib.