İran neft danışıqlarında iştirak edəcək
30 mart 2016 00:03 (UTC +04:00)

İran neft danışıqlarında iştirak edəcək

İranın neft naziri Bican Zəngani aprelin 17-də Dohada neft hasilatı ilə məşğul olan ölkələrin görüşündə iştirak edəcək.
 
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Bloomberg” agentliyində yer alıb.
 
 
Məlumata görə, İran öz neft  istehsalını azaltmaq fikrində deyil.
 
 
Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela fevralın 16-da neftin hasilatını  2016-cı ilin yanvar ayı səviyyəsində saxlamağa razilaşıblar.
 
 
Ekvador, Əlcəzair, Nigeriya, Oman,Kuveyt və BƏƏ də hasilatı bu səviyyədə saxlamağa hazır olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar