İranın atom-nüvə probleminin tənzimlənməsi üzrə «altılıq» ölkələrinin xarici işlər nazirləri səviyyəsində beynəlxalq vasitəçilərdən ibarət əlaqələndirmə görüşü başa çatıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu görüş İran nümayəndə heyətinin iştirakı olmadan keçirilib. Bununla belə məsələ ilə bağlı Cenevrə danışıqları hələ davam edir.
Rusiyalı təmsilçilər bildirib ki, problem üzərində «iş davam etməkdədir».
Müzakirələrin noyabrın 24-də də davam edəcəyi nəzərdə tutulub.
İran xarici işlər nazirinin müavini Abbas Araqçı deyib: «Mübahisə razılaşmanın formasındadır. Bu gün nəticə əldə edəcəyimizə inanmıram».