Britaniyanın xarici işlər naziri Uilyam Heyg bildirib ki, İslam Respublikası ilə əldə edilən ilkin razılaşmaya əsasən, İrana tətbiq edilən sanksiyaları dünya gücləri «yumşalda bilər».
Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, o, deyib: «İranla əldə edilən müvəqqəti razılaşmaya görə sanksiyaların yumşaldılması dedikdə qadağaların hissə-hissə aradan qaldırılması nəzərdə tutulur». Bununla yanaşı o, Tehranın nüvə proqramının həllində beynəlxalq ictimaiyyət birliyi qoruyub, saxlayır.
Nazirin sözlərinə görə, əgər İran hakimiyyəti ilə «nüvə sövdələşməsi baş tutmasa», o zaman Tehrana qarşı sanksiyalar daha da sərtləşdiriləcək.