İndoneziyada «qadın qatarları» ləğv edilib
14 may 2013 02:42 (UTC +04:00)

İndoneziyada «qadın qatarları» ləğv edilib

İndoneziyanın paytaxtı Cakarta rəhbərliyi qadınlar üçün nəzərdə tutulan sərnişin qatarlarını ləğv edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi sərnişinlərin az olması göstərilib.

 

Dövlət dəmiryol şirkəti mətbuat xidmətinin katibi qeyd edib ki, bu nəqliyyat vasitəsinə ölkədə daha çox tələbat var və bundan sonra «qadınlar üçün» nəzərdə tutulan qatarlar bütün sərnişinlər üçün yararlı olacaq.

 

Bununla belə pik saatlarında cinsi təcavüzün qarşısını almaq məqsədi ilə bəzi xətlər üzrə «qadın vaqonları» fəaliyyət göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar