Avropanı silkələyən at əti qalmaqalı kölgədə qalıb.
Lent.az-ın “Milliyyet” qəzetinə istinadən verdiyi məlumata görə, Cənubi Afrika Respublikasında hamburgerlərdə insan əti aşkarlanıb.
Araşdırmanı Stellenbok Universitetinin alimləri aparıb. Araşdırma zamanı ət məhsullarında insan əti ilə bərabər, uzunqulaq, keçi, bizon kimi heyvanların da ətindən istifadə edildiyi üzə çıxıb. Ümumiyyətlə, 139 ət məhsulunun 68-də fərqli heyvan ətlərinə rast gəlinib. Bu kimi hallara ən çox fast-food məhsullarında təsadüf edilib. Mütəxəssislər digər ölkələrdə də fast-food məhsullarında belə ətlərdən istifadə edilməsi ehtimalının yüksək olduğunu bildirirlər.