Alman faşistlərinin lideri Adolf Hitlerin bunkerdə meyitini görmüş sonuncu adam, Roxus Miş 96 yaşında Berlində ölüb.
Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, II dünya savaşı illərində o, Hitleri müşayiət edən qrupda xidmət edib. R.Miş müharibədən iki il öncə könüllü olaraq, «Vaffen-SS» daxil olub. Avstriya və Çexoslavakiyanın Sudet vilayətinin Almaniyaya birləşdirilməsində iştirak edib. Müharibədə yaralandıqdan sonra Hitlerin mənzil-qərargahında telefonçu kimi xidmətini davam etdirib.
1945-ci ilin mayında sovet əsgərləri onu tutub və 8 il SSRİ-nin həbs düşərgəsində saxlanılıb.
O, çoxsaylı müsahibələrində Hitlerdən danışanda onu «şef» -deyə yad edirmiş. Çünki bunkerdə qulluq etdiyi zaman faşistlərin liderini belə adlandırırmışlar.
Bundan başqa R.Miş müsahibələrində Hitlerə olan rəğbətini də heç vaxt gizlətməyib.
1945-ci il aprelin 30-da Hitler intihar edən zaman Miş fürerin bunkerindəki çox az adamlardan biri olub. O, «şef»-inin son saatlarının şahidlərindən idi.
90 yaşında R.Miş «Sonuncu şahid» adlı xatirə –kitabını çap etdirib.