Hindistanda qadınlar üçün bank açılır
02 mart 2013 12:20 (UTC +04:00)

Hindistanda qadınlar üçün bank açılır

 

Hindistan hökuməti qadınlar üçün xüsusi dövlət bankı açmağa hazırlaşır.

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bankın nizamnamə kapitalı 186 milyon dollar olacaq.

Hindistan hökuməti bununla ölkədə kişilərlə bərabər hüquq məsələsində problemlə üzləşən qadınlar üçün maliyyə xidmətlərini genişləndirmək niyyətindədir. Hökumət qadınlar üçün bank yaratmaqla paralel olaraq qadınların təhlükəsizliyinin qorunması üçün xüsusi fond da yaradacaq. Bu fond üçün də 186 milyon dollar ayrılacaq. Çünki son vaxtlar Hindistanda gənc qız və qadınların kütləvi seksual zorakılığa məruz qalması halları artıb və bu, dünyada da geniş rezonans doğurur.

 

Qeyd edək ki, Pakistanda qadınlar üçün bank 1989-cu ildə açılıb. Tanzaniyada isə belə bir bank 2009-cu ildə fəaliyyətə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar