ABŞ-ın müdafiə naziri Heygel Pentaqonda keçirdiyi mətbuət konfransında Mustafa Kamal Paşa Atatürkə heyranlığını vurğulayıb.
Lent.az-ın Türkiyə NTV-inə istinadən məlumatına görə, o, Atatürk və Türkiyə barəsində bunları qeyd edib : «Atatürkə, türk xalqı və Türkiyə dövlətinə heyranam. Sadəcə Türkiyə deyil, ABŞ-da etdiyim fərqli çıxışlarımda Atatürkdən örnəklər gətirmişəm.
Atatürk dünyada çox önəmli bir miras qoyub. Biz qərblilər Atatürkün etdiklərinin tam dəyərini verə bilmirik».
Heygel Türkiyə ilə İsrail arasında normallaşma prosesi ilə bağlı qarşılıqlı məsuliyyətdən danışıb. O, iki dövlətin təkrar birlikdə çalışacaqlarına inandığını bildirib.