Hərbi xərclərin artırılması qərarını komissiya təsdiqləyib
29 yanvar 2014 04:47 (UTC +04:00)

Hərbi xərclərin artırılması qərarını komissiya təsdiqləyib

İran parlamentinin özəl komissiyası ölkənin müdafiə xərclərinə əlavə olaraq, 2,5 milyard dollar maliyyə vəsaiti ayrılması haqda qərar qəbul edib.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bu haqda deputat Əbdülkərim Haşimi yerli mətbuata müsahibəsində açıqlama verib.

 

Xatırladaq ki, yanvarın 27-də İran parlamentinin sədri Əli Laricani İslam Respublikasının hərbi büdcəsinin artırılması haqda açıqlama vermişdi. O, bunu ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatına cavab kimi qəbul edildiyi bildirmişdi.

Amerikalı diplomat Cenevrə razılaşması əsasında İranın nüvə məsələsi həll edilməzsə, problemin hərbi yolla həll ediləcəyini demişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018
avatar

Oxşar yazılar