Həmkarını işə gecikdiyi üçün vəhşicəsinə öldürdü
05 noyabr 2014 18:53 (UTC +04:00)

Həmkarını işə gecikdiyi üçün vəhşicəsinə öldürdü

Rusiyada dəmiryolçular arasındakı dava faciə ilə bitib. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, hadisə Samarada, Kinel Kuybışevski stansiyasında baş verib. Dəmiryolçulardan biri işə gecikən növbətçi həmkarına qəzəblənib və onlar aralarında dava başlayıb.

 

Bundan sonra 40 yaşlı işçi həmkarının başına ağır dəmir çəkiclə zərbə vurub. Xəstəxanaya çatdırılan 43 yaşlı kişinin həyatını xilas etmək olmayıb.

 

Faktla bağlı cinayət işi açılıb. Qətli törədən dəmiryolçu həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1915
avatar

Oxşar yazılar