Rəsmi Hanoy Pekinə etiraz notası göndərib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu səbəb Cənubi-Çin dənizində vyetnamlı balıqçıların Çin hərbçiləri tərəfindən atəşə tutulması göstərilir.
Vyetanmın Xarici İşlər Nazirliyi Parasel adaları yaxınlığındakı olayı ölkəsinin ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib.
Hanoy rəsmi Pekini balıqçıların ailəsinə dəyən ziyana görə kompensasiya ödənilməsini istəyib.
Məlumata əsasən, Parasel adalar qrupu 1974-cü ildə Çin tərəfindən işğal edilib. Bununla belə Vyetnam adaya iddia etməkdədir.