Bebi Dok kimi tanınan Haitinin keçmiş lideri Jan-Klod Düvale barəsində «insanlığa qarşı suç» cinayət işi ilə bağlı dinləmələr üçün məhkəməyə gəlib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, 1971-86-cı illərdə prezidentliyi dövründə yüzlərlə məhbusa ölənədək işgəncə verməkdə ittiham olunur.
Mənbənin xatırlamasına əsasən, əvvəlki üç dinləmələrdə Düval iştirak etməyib. 61 yaşlı siyasətçi Fransada 25 il mühacirət həyatı yaşadıqdan sonra 2011-ci ildə Haitiyə qayıdıb. Qayıdan kimi o, saxlanılıb. Keçmiş liderə qarşı onda «qanunsuz maliyyə vəsaitini mənimsəməkdə və korrupsiya» ittihamı irləi sürülmüşdü.