Gürcüstanın kənd təsərrüfatı nazirliyinin nümayəndə heyətinin Rusiyaya səfəri təxirə salınıb. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, Rusiya tərəfi vizaların verilməsini yubatması səbəbindən səfərin vaxtı martın 25-dən aprelin 1-nə keçirilib.
Məlumata görə, görüş Moskvada aprelin 2-də keçiriləcək.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti Moskvaya yerli malların Rusiya bazarlarına qaytarılması məsələsi ilə bağlı danışıqları davam etmək məqsədi ilə yollanır.