Gürcüstanın keçmiş MOK başçısına 12 il iş kəsilə bilər
25 avqust 2013 05:30 (UTC +04:00)

Gürcüstanın keçmiş MOK başçısına 12 il iş kəsilə bilər

0

Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) keçmiş prezidenti, parlamentin sabiq deputatı Giya Natsvlişivili və iş adamı Zaza Kapanadze cinayət məsuliyyətinə cəlb edilib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, onlar büdcə vəsaitini mənimsəməkdə və qanunsuz gəlirləri leqallaşdırmaqda suçlu bilinir.

 

Suçları təsdiqlənəcəyi halda keçmiş deputata, eləcə də  iş adamına 9 ildən 12 ilədək iş kəsilə bilər.

 

Z.Natsvlişvili vəkili ilə birlikdə  Maliyyə Nazirliyin istintaq xidmətində olub. Kapandze Gürcüstanda olmadığından ona qarşı qiyabi ittiham irəli sürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar