Gürcüstandaki etnik azlıqların problemləri ilə bağlı layihənin təqdimatı keçirilib
14 noyabr 2013 21:45 (UTC +04:00)

Gürcüstandaki etnik azlıqların problemləri ilə bağlı layihənin təqdimatı keçirilib

"Gürcüstanda yaşayan etnik azlıqların narazılıqlarının ədalətli araşdırılması" adlı layihənin təqdimatı keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstanda fəaliyyət göstərən Vətəndaş İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilib.

 

Tədbirdə Vətəndaş İnkişafı Agentliyinin (CİDA) direktoru Zviad Devdoriani çıxış edərək layihə barədə fikirlərini bildirib. Sonra "Gürcüstanda yaşayan etnik azlıqların narazılıqlarının ədalətli araşdırılması" adlı layihə tədbir iştirakçılarına təqdim edilib və layihə ilə bağlı fikirlər bildirilib. Tədbirdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin nümayəndələri, MSK rəsmiləri, bölgələrdən gələn QHT nümayəndələri  iştirak ediblər.

 

Zviad Devdoriani APA-ya açıqlamasında Kvemo-Kartli bölgəsində yaşayan 1000 respondent arasında araşdırma apardıqlarını və bir çox problemlərlə üzləşdiklərini bildirib: “Bu layihədə məqsədimiz milli azlıqların problemlərinin ədalətlə həlli olub. Layihənin hazırlanması müddətində bir çox problemlərin şahidi olduq. Layihədə milli azlıqların inzibati orqanlara müraciəti barədə də araşdırmalar yer alıb. Araşdırmamıza görə, Gürcüstanda yaşayan milli azlıqlar hərbidən, dini institutlardan, polis və təhsil müəssisələrindən razıdır. Milli azlıqlar arasında məhkəmə yox, polis daha populyardır. Lakin respondentlərin 30%-i bildirib ki, son 6 ay ərzində məhkəmələr daha effektli işləyir, milli azlıqların bir çox problemləri mövcuddur. Onların  gürcü dilində öz hüquqlarını bilməməsi və inzibati orqanlarla əlaqələrin zəif olması, bundan istifadə edən bir qrup şəxslərin pul qazanması, məhkəmələrdə düzgün tərcümələr edilmədiyi, Kvemo-Kartli bölgəsində torpaqların qeydiyyata alınmasında nöqsanların olması əhalinin narazılığına səbəb olur. Problemlərdən biri də azərbaycanlı əhalisinin soyadının düzgün yazılmamasıdır. Bu layihəni həyata keçirməklə biz ədalətin qələbəsini istəyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

Oxşar yazılar