Gürcüstanda polisin qulağının kəsiblər. Lent.az-ın «İmedi» telekanalına istinadən məlumatına görə, buna səbəb Qoqa Ançabadze adlı polisin öz dostunun rəfiqəsini zorlamağa cəhd etməsi olub.
Teleşirkət bildirib ki, Ançabdzenin dostu bir vaxtlar sürücü işləyib.
Mənbə xatırladıb ki, olayla bağlı araşdırma aparılır.
Qulağı kəsilən polis Zuqdididə müqəddəs Luka adına xəstəxanaya yerləşdirilib. Həkimlər onun səhhətinin ağır olduğunu bildirib.
Xatırladaq ki, Qoqa Ançabadze qulağı kəsilmiş, qanabulaşmış və çılpaq halda prezidentin Zuqdididəki iqamətgahının yaxınlığında aşkarlanıb.