Gürcüstanda nazirlər iclasa bədən xəsarətləri ilə gəlib
07 mart 2013 20:42 (UTC +04:00)

Gürcüstanda nazirlər iclasa bədən xəsarətləri ilə gəlib

 

Bu gün Gürcüstan hökumətinin növbəti iclası keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iclas çox unikal görüntülərlə yadda qalıb.

 

 

 

Belə ki, bir neçə nazir hökumətin iclasına müxtəlif bədən xəsarətləri ilə gəliblər. Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze iclasa qoltuq ağacı ilə gəlib. O, futbol oynayarkən ayağı zədələnib. Məşhur gürcü futbolçusu, Gürcüstanın energetika naziri Kaxa Kaladze isə iclasa axsaya-axsaya təşrif buyurub. Diaspor məsələləri üzrə dövlət naziri Konstantin Surquladze sol əlindən xəsarət alıb. O, Bakuriani kurortunda xizək sürərkən ayağı sürüşüb. Qaçqınlar və köçkün məsələləri üzrə nazir David Daraxvelidze gözü göyərmiş halda hökumətin iclasına gəlib. Məlumata görə, o, gözünü müalicə etdirir.

 

Xəsarətlərlə hökumətin iclasına gələn nazirlər jurnalistlər qarşısında gülüşlərini dayandıra bilməyiblər. Jurnalistlər isə bu günü “Qara Gün” adlandırıblar.

 

Qeyd edək ki, Gürcüstanın Nazirlər Kabinetinin 19 üzvü var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar