Gürcüstanın Osiauri hərbi bazasında onlarla hərbi qulluqçu qidadan zəhərlənib.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, həkimə mədə ağrısı və diareya şikayəti ilə 61 nəfər müraciət edib.
Araşdırma zamanı müəyyən edilib ki, əsgərlərin zəhərlənməsinə səbəb aşpazın məsuliyyətsizliyi səbəb olub. Aşpaz artıq işdən azad olunub.