Dünən Gürcüstanda güclü qasırğa olub. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bu barədə Gürcüstanın enerji naziri Kaxi Kaladze məlumat verib. Məlumatda yüzlərlə evin dağıldığı və elektrik xətlərinin sırtadan çıxdığı bildirilir. Acarıstan, xüsusilə Batumi qasırğadan daha çox zərər görüb. Paytaxt Tiflisdə 50-yə yaxın ev zədələnib.
Kaladzenin sözlərinə görə, təbii fəlakət nəticəsində insanlara dəyən zərər dövlət tərəfindən ödəniləcək. Hakimiyyət orqanları qasırğanın verdiyi zərəri hesablayır.