Gürcüstanda H1N1 virusundan daha 2 nəfər keçinib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, ölənlərin yaşı və şəxsiyyəti barədə məlumat verilmir.
Rəsmi məlumata görə, 2012-ci ilin əvvəlindən Gürcüstanda 12 nəfər “donuz qripi”nin qurbanı olub.
Ümumilikdə Gürcüstanda bu günədək 228 A/H1N1 virusu və 14 B/H1N1 virusu ilə yoluxma halı qeydə alınıb.