Ermənistan-Gürcüstan sərhədindəki “Ninotsminda” nəzarət-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri 1,67 qram marixuana keçirmək istəyən Ermənistan vətəndaşını saxlayıblar.
APA-nın “Qruziya Onlayn” saytına istinadən verdiyi xəbərə görə, başlanmış cinayət işi üzrə toplanan materiallar istintaq üçün Samtsxe-Cavaxeti polis idarəsinə verilib.