«Mixail Saakaşvili çox çətin adamdır». APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün prezidentliyə namizəd Nino Burcanadze ilə birlikdə Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində azərbaycanlılarla görüşdə iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin dayısı, akademik Elizbar Cavelidze APA-ya açıqlamasında bildirib.
Akademik E.Cavelidze türk dilinin öyrənilməsi sahəsində çalışdığını, bir neçə kitabın müəllifi olduğunu qeyd edib: «Mən bir neçə kitab yazmışam. Yunis Əmra haqqında, o cümlədən Füzulinin həyatı və yaradıcılığı, şeirləri, Cəlaləddin Rumi barədə, Aşıq Paşa haqqında kitablar yazmışam, hazırda sufiliklə bağlı tədqiqatla məşğulam. Mən Azərbaycan xalqını və onun mədəniyyətini çox sevirəm».
Akademik APA-ya açıqlamasında Gürcüstan prezidentinin dayısı olduğunu təsdiqləyib və «prezidentin çox fəna bir adam» olduğunu bildirib.