Sentyabrın 6-da axşam saatlarında Gürcüstan parlamentində bomba həyəcan yaşanıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, buna səbəb parlament binasına bomba qoyulması barədə anonim zəng olub.
“Rustavi 2” telekanalının məlumatına görə, bomba xəbəri saat 21.00-dan sonra daxil olub. Həmin vaxt partlamentdə plenar iclas gedirmiş. Parlamentin sədri David Usupaşvili iclası yarımçıq kəsərək deputatları binanı tərk etməyə çağırıb.
Parlament binası polis tərəfindən mühasirəyə alınıb.