Gürcüstan MSK-sı seçkilərin yekun nəticələrini açıqladı
12 noyabr 2013 16:31 (UTC +04:00)

Gürcüstan MSK-sı seçkilərin yekun nəticələrini açıqladı

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilmiş prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.


 

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, “Gürcü Arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin 62,12% səs toplayaraq prezident seçildiyi açıqlanıb.

 

Vahid Milli Hərəkat Partiyasının namizədi David Bakradze 21,72%, “Demokratik Hərəkat – Vahid Gürcüstan” Partiyasının lideri Nino Burcanadze isə 10,19% səs alıblar.  

 

G. Marqvelaşvili noyabrın 17-də keçiriləcək andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar