Gürcüstan hava məkanını Rusiya üçün açır
14 yanvar 2014 15:07 (UTC +04:00)

Gürcüstan hava məkanını Rusiya üçün açır

Yanvarın 20-də Rusiyanın SU-27 qırıcı təyyarələri Gürcüstanın üzərindən uçacaq.


 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Kviris palitra” qəzetində hərbi ekspert İrakli Aladaşvili məlumat verib.

 

Məlumata görə, yanvarın 20-də Tiflis üzərindən bir neçə Rusiya qırıcı təyyarəsi və “İl-76” hərbi yük təyyarəsi uçacaq. Ekspertin sözlərinə görə, uçuş Gürcüstan hakimiyyəti ilə razılaşdırılıb.

 

Ekspert bildirib ki, belə bir uçuş yanvarın 10-da həyata keçirilib, Rusiya qırıcıları və yük təyyarəsi Gürcüstanın şimalından cənuba tərəf uçaraq Ermənistanın Erebuni hərbi aerodromunda yanacaq doldurmaq üçün qısamüddətli eniş ediblər.

 

İ.Aladaşvilinin yazdığına görə, Rusiya hərbi təyyarələri beynəlxalq uçuşlar nümayiş etdirmək üçün Bəhreyndə təşkil olunacaq tədbirə qatılacaq və yanvarın 20-də eyni marşrutla geri uçacaqlar.

 

Rusiya hərbi təyyarələrinin Gürcüstan hava məkanından bu uçuşu 2008-ci ilin avqustundan sonra həyata keçirilən ilk uçuş olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805
avatar

Oxşar yazılar