«Ukrayna hakimiyyətinin Avropa Birliyi ilə assosiasiya haqqında müqaviləyə hazırlığı dayandırması Gürcüstanın qərarına heç təsiri yoxdur».
Lent.az-ın «Novosti-Qruziya»-ya istinadən məlumatına görə, bu bəyanatla ölkənin xarici işlər naziri Maya Pancikdze mətbuat konfransında çıxışı edib.
«Ukraynanın Avropa Birliyi ilə yaxınlaşma prosesini dayandırması qərarı çox kədərli haldır. Ancaq Gürcüstan Avropaya və Avroatlantik məkana inteqrasiya ilə bağlı öz yolunu müəyyənləşdirib. Bu yolda heç bir dəyişiklik olmayacaq»_deyə, gürcü diplomat bildirib.
Xatırladaq ki, noyabrın 28 -29-da Gürcüstan Vilnüsdə keçiriləcək həmin tədbiri yeni seçilmiş prezident Georgi Marqvelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Ölkə prezidenti bu məsələ ilə bağlı bildirib: «Biz bu sammitə yüksək göstəricilərlə gedirik. Tədbirdə Avropanın ayrılmaz hissəsi kimi çıxış etmək çox yaxşı haldır».