Hindistanın Rayastan əyalətində maraqlı olay yaşanıb. Lent.az-ın məlumatına görə, qardaşı oğlunu öldürdüyü iddia edilən bir qadına kənd camaatı ağır cəza kəsib. Belə ki, 45 yaşlı qadının evinə hücum edən kəndlilər onu zorla bayıra çıxararaq əvvəlcə saçlarını kəsiblər. Ardınca üzünü kömürlə qara rəngə boyayan camaatın hirsi bununla da soyumayıb. Qadını lüt soyunduran kəndlilər onu uzunqulağa mindirərək, kəndin içində dolaşdırıblar. Ən maraqlısı isə ondadır ki, polisin araşdırmasından sonra qadının günahsız olduğu, uşağın intihar nəticəsində öldüyü üzə çıxıb.
Günahsız qadını lüt soyundurub eşşəyə mindirdilər
2764