Türkiyə prezidenti Abdulla Gülün İsveç səfəri zamanı arzuedilməz olay yaşanıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Abdulla Gülü mühafizə etmək üçün ayrılan polislərdən biri kanala düşərək həyatını itirib.
Hadisə Türkiyə prezidentinin kral Qustavı sarayda ziyarəti zamanı baş verib. İsveç Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, polis əməkdaşı dördtəkərli motosikletini kanalın kənarında saxlayan zaman motosikletlə birlikdə kanala düşüb. Polis əməkdaşı üzəri buzla örtülü kanaldan cəld çıxmağı bacarmayıb. O, aparıldığı xəstəxanada həyatını itirib.