«Özbəkistan incəsənəti və mədəniyyəti Formu» Fonudunu təmsilçisi qurumun patronu, ölkə prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Özbəkistanı tərk etməsindən xəbərsiz olduğunu bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, 10 il öncə yaradılmış fond noyabrın 22-də qapadılıb. Mənbə bildirib ki, Gülnarə Kərimovaya bağlı olan başqa ictimai və biznes qurumları da hakimiyyət strukturları tərəfindən təzyiqə məruz qalıb.
Bir sıra informasiya vasitəsi G.Kərimovanın ölkəni tərk etdiyi haqda xəbər yayıb.
Fondun təmsilçisi isə agentliyə deyib: «Bu haqda mən heç nə eşitməmişəm».