Fransanın paytaxtı Parisdə homoseksualların evliliyinin əleyhinə olan insanlar nümayiş keçiriblər. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nümayiş iştirakçıları Prezident Sarayına qədər irəliləmək istəsələr də, hüquq-mühafizə orqanları buna imkan verməyiblər. Bu zaman polislərlə nümayiş iştirakçıları arasında qarşıdurma yaranıb. Polislər gözyaşardıcı qazdan istifadə ediblər.