Fransalı mütəxəssislər Fələstin muxtariyyətinin məhrum lideri Yasir Əfrəfatın zəhərlənməsi versiyasını təkzib edib.
Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, onlar Ərəfatın zəhərlənməsi ilə bağlı sübut tapa bilmədiklərini bildirib.
Mütəxəssislər Fələstinin mərhum liderinin təbii ölümlə vəfat etdiyi nəticəsinə gəlib.
Xatırladaq ki, bir müddət öncə isveçrəli mütəxəssislər onun polonium radioaktiv maddəsindən zəhərləndirildiyini bəyan etmişdi.