Fransada nazirlərə smartfon və planşetlərdən istifadə qadağan edilib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hökumət üzvləri bundan sonra yalnız Fransanın “Thales” şirkəti tərəfindən istehsal edilən cib telefonlardan istifadə edəcəklər.
Fransada hökumət üzvləri internetdə sənədləri də yalnız xüsusi təhlükəsizlik sistemi ilə qorunan bir sistemlə göndərəcəklər. Nazirlər və müavinləri bundan sonra fəaliyyətləri ilə bağlı “Hotmail”, “Gmail” və “Yahoo”dakı emaillərindən də istifadə etməməlidirlər.
Qeyd edək ki, Fransa hökuməti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı nəhəngi Edvard Snoudenin açıqladığı sənədlərdən sonra təlaşa düşüb. “Der Spiegel” jurnalı sentyabrın 1-də Fransanın Vaşinqton və Nyu-Yorkdakı diplomatik təmsilçiliklərinin, o cümlədən Parisdəki Xarici İşlər Nazirliyinin ABŞ Milli Kəşfiyyat Agentliyi tərəfindən dinlənildiyi barədə xəbər yayıb.