Fransanın xarici işlər naziri Loran Fabüs ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşdən sonra bildirib ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə sülh prosesinin irəliləməsi üçün fəallığı artırmağa borcludr.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, fransalı diplomat rəsmi Paris Vaşinqtonla bu yöndə fəallığı artırmağa hazır olduğunu söyləyib.
Fabüslə Kerri Fələstin-İsrail münaqişəsi ilə yanaşı, Suriyadakı vəziyyəti müzakirə ediblər. Bundan başqa diplomatlar hakimiyyət devrilmiş Mərkəzi Afrika Respublikasındakı şəraitdən, Fransa ordusunun yerləşdirildiyi Malidəki vəziyyətdən