Falaşmurlar İsraildəki ayrı-seçkilikdən şikayət edir
29 avqust 2013 07:51 (UTC +04:00)

Falaşmurlar İsraildəki ayrı-seçkilikdən şikayət edir

İsrail Efiopiyadan  xristianlaşdırılmış yəhudi-falaşmurun sonuncu 450 nəfərlik qrupunu gətirməyi planlaşdırır.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yeni vətənə gəlmək istəyənlər üçün iki aviareys təşkil olunub.

 

Onların əcdadı XIX-XX əsrlərdə Efiyopiyada məcburi və könüllü şəkildə xristianlığı qəbul edib. Minlərlə falaşmur artıq İsrailə yerləşdirilib. Onların çoxu yeni ölkədə ayır-seçkiliyə məruz qaldıqlarından şikayətlənir.

 

Xatırladaq ki, falaşmur xalqı  Efiyopiyadakı etnik cəhətdən falaşlarla qohumdur. 2003-cü ildə İsrail 35 min repatriant-falaşmuru qəbul edəcəyini öhdəsinə götürüb.

 

Onların dəqiq sayı bəlli deyil, bu haqda 5 mindən 50 minədək rəqəmlər göstərilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar