Avropada fəaliyyətdə olan ən yüksək vulkan püskürüb.
Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanından havaya kül topası atılır, lava fontanı 1 km yüksəkliyə çatır.
Lava və kül aktivliyi 3 min metr yüksəklikdəki yeni kraterdə müşayiət edilir. Yaxın saatlarda vulkanın aktivliyi arta bilər. Etna vulkanı yaxınlığında aeroport yerləşir, lakin hələ havaya atılan kül və lava aeroportun işinə mane olmur.