Azad Suriya Ordusunun qurucularından olan Riyad Əsəd partlayış nəticəsində yaralanıb. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azad Suriya Ordusunun rəhbəri Luay Almokdad mətbuata açıqlamsında bildirib ki, hücum nəticəsində yaralanan polkovnik Əsəd Türkiyədə müalicə olunur. Onun vəziyyətinin get-gedə yaxşılaşdığı bildirilir.