Suriya prezidenti Bəşər Əsəd silahlı müxalifətlə də dialoqa hazırdır. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Suriya xarici işlər naziri Valid Muallim bu gün bəyan edib ki, rəsmi Dəməşq müxalifətlə, o cümlədən silahlı müxalifətlə dialoqa hazırdır.
Valid Muallim silahlı müxalifətlə dialoqa razı olmalarının səbəbini də açıqlayıb: “Çünki əminik, islahatlar qan tökməkdən yox, dialoqdan keçir”.
Qeyd edək ki, bundan öncə Bəşər Əsəd silahlı müxalifəti terrorçu adlandırır, belələri ilə dialoqun mümkünsüz olduğunu və onların məhv ediləcəyini bəyan edirdi.