Suriya prezidenti Bəşər Əsəd “RT” telekanalına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi təhqiramiz ifadəyə münasibət bildirib.
Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, telekanalın müxbiri Əsədin amerikalı həmkarını necə adlandırdığını öyrənməyə çalışıb.
“Mən belə dildə danışmıram və bu cür ifadələr səsləndirən deyiləm. Bu dildə yalnız Tramp özünü ifadə edir, bu da onun səviyyəsindən xəbər verir”, deyə suriyalı prezident bildirib.
Onun sözlərinə görə, Trampın həmin çıxışı heç bir şeyə təsir etmir və yalnız etika və əxlaq normalarını əsas tutan sağlam düşüncəli insanları dinləmək lazımdır.
“Tramp kimi insanların fikri isə, mənim heç vecimə də deyil”, - deyə Əsəd sözünü tamamlayıb.