Əsəd «Cenervə-2»-də iştirak etməyəcək
27 noyabr 2013 03:15 (UTC +04:00)

Əsəd «Cenervə-2»-də iştirak etməyəcək

Suriyadakı rejimin başçısı Bəşar Əsədi «Cenervə-2» konfransına qatılmayacaq.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanvo açıqlama verib.

 

Onun sözlərinə görə, konfransda Dəməşq rejiminin nümayəndə heyətinə xarici işlər naziri Valid Müəllim başçılıq edəcək.

 

2013-cü il dekabrın sonunda keçiriləcəyi nəzərdə tutulan konfransda 30-a yaxın dövlətin təmsilçisinin iştirakı gözlənilir.

 

Hələlik iştirak edəcək ölkələrin tam siyahısı bəlli deyil. İran və Səudiyyə Ərəbistanın tədbirə qatılacağı da dəqiqləşdiriləcək.

 

O, əlavə edib ki, konfrans yanvarın 22-də  xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Bir gün sonra isə iştirakçı dövlətlərin təmsilçiləri ilə Suriya müxalifətinin yarımformatda toplantısının keçirilməsi nəzərdə tutulub.

 

Danışıqlar nəticəsində əldə edilən razılaşmanın BMT Təhlükəsizlik Şurasında təsdiqlənəcəyi ehtimal olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar