Suriya prezidenti Bəşər Əsəd Suriya Ordusunun yaradılmasının 68-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Bəşər Əsəd deyib ki, Suriya ordusu müasir tarixdə ən zorakı və qəddar müharibədə cəsarət nümayiş etdirir.
Bəşər Əsəd bildirib ki, əgər Suriyada qələbəyə əmin olmasaydılar, 2 il ərzində müqavimət göstərmək iqtidarında olmazdılar: “Biz qalib gələcəyik. Ordu və xalqın ittifaqı bizim dəyanətimizin əsas sirridir. Əsgərlərimiz bütün dünyaya sübut etdilər ki, heç bir təzyiq, sui-qəsd, təhlükə onları qorxutmur, sındırmır. Biz istənilən təhlükəni dəf etməyə qadirik”.