Ermənistan vətəndaşı Asatur Xaçatryanın Kiyevin "Borispol” hava limanından Azərbaycana göndərilməsində günahkar olan şəxslər cəzalandırılacaq.
Ukrayna mətbuatının xəbərinə görə, Ukrayna Erməniləri İttifaqının sədri Vilen Şatvoryan Ermənistan vətəndaşı Asatur Xaçatryanla bağlı insidentin detallarının araşdırılması üçün deputat sorğuları göndərib.
Artıq yoxlamalarda ilkin nəticə əldə olunub: aviaşirkətin səhlənkarlığa yol vermiş kassiri məsuliyyəti öz üzərinə götürüb. Faktla bağlı yoxlamalar davam edir.
Qeyd edək ki, Kiyev aeroportunda yoxlama zamanı Ermənistan vətəndaşı Asatur Xaçatryanın sənədlərində problem olduğu aşkarlanıb. "Borispol” hava limanının əməkdaşları onu səhvən Azərbaycana deportasiya ediblər. Öz növbəsində səhvi aşkarlayan Azərbaycan tərəfi onu yenidən Kiyevə deportasiya edib.