Ermənistan dünyanın ən bədbəxt ölkəsidir
03 dekabr 2013 12:11 (UTC +04:00)

Ermənistan dünyanın ən bədbəxt ölkəsidir

Dünyanın “ən iztirab çəkən” ölkələrinin reytinq siyahısı açıqlanıb. Lent.az-ın məlumatına görə, “Gallup”un hazırladığı siyahıya Bolqarıstan və Ermənistan başçılıq edir.

 

Bolqarıstanda rəyi soruşulanların 39 faizi 2012-ci ildə öz həyatlarının əzablı keçdiyini bildiriblər. Ermənistanda isə bu rəqəm 37 faiz olub. İlk “10-luğ”a Kamboca, Haiti, Macarıstan, Madaqaskar, Makedoniya, İraq, Suriya və Əfqanıstan da düşüb.

 

Ən xoşbəxt ölkələr siyahısına isə İslandiya, Qətər, İsveç, Norveç, ABŞ və Nigeriya başçılıq edir. Bu ölkələrdə respondentlərin cəmi 1 faizi ötən ilin onlar üçün əzablı keçdiyini açıqlayıblar.

 

Azərbaycan isə ən xoşbəxt ölkələr siyahısında Yaponiya, Albaniya və Filippinlə birgə 91 -94-cü yerləri bölüşdürür. Bu ölkələrdə əhalinin cəmi 15 faizi 2012-ci ilin onlar üçün əzablı keçdiyini bildirib. Siyahıda ümumilikdə 143 ölkə yer alıb.    

 

Qeyd edək ki, “Gallup” ekspertləri respondentləri topladıqları xallardan asılı olaraq, 10 ballıq şkala ilə 3 kateqoriyaya bölüblər: çiçəklənmə, mübarizə və əzab. Məhz insanlar öz gələcəklərini bu ballar əsasında qiymətləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar