Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər etdiyi gün – dekabrın 2-də İrəvanın Azadlıq meydanında mitinq keçiriləcək.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, mitinqdən sonra Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş planlaşdırılır.
Aksiyanın məqsədi Ermənistan hökumətindən erməni xalqının ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etmək, Konstitusiyaya riayət etmək, Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmaq proseslərini dayandırmağı tələb etməkdir.
Qeyd edək ki, dekabrın 2-si həm də Ermənistanda sovet hakimiyyətinin qurulduğu gündür.