Erməni jurnalist ABŞ-da aclıq aksiyasına başladı
19 mart 2013 15:08 (UTC +04:00)

Erməni jurnalist ABŞ-da aclıq aksiyasına başladı

ABŞ-da erməni əsilli jurnalist Ara Manukyan prezident Barak Obamanın Serj Sarkisyana yenidən prezident seçilməsi ilə bağlı ünvanlandığı təbrik məktubunu geri götürməsi tələbi ilə aclıq aksiyasına başlayıb.


 

APA-nın “Arminfo” saytına istinadən verdiyi məlumata görə, A.Manukyan bildirib ki, S.Sarkisyanın bu ilin fevralın 18-də Ermənistanda keçirilən prezident seçkilərinin nəticələrini saxtalaşdırması ilə bağlı dəqiq məlumatlara malikdir: “ABŞ hökuməti bilir ki, Serj Sarkisyan postsovet məkanında ən korrupsioner ölkə başçısıdır. Ermənistanda bir nömrəli oliqarx sayılan Sarkisyan qanunlardan istifadə edərək biznes üzərində tam nəzarət almaq üçün seçkiləri saxtalaşdırır”.

 

Jurnalist əlavə edib ki, aclıq aksiyasını ABŞ prezident öz təbrikindən imtina edənədək davam etdirəcək: “Barak Obamanın təbriki bu saxta seçkiləri leqallaşdırır”.

 

Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən, Serj Sarkisyan ilk turda səslərin 58,64%-ni yığaraq qalib elan edilib. Seçkilərdə ikinci yeri 36,75% səslə “İrs” partiyanın lideri Raffi Ovannisyan tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23