Ermənistan Hərbi Silahlı Qüvvələri batalyonunun 35 yaşlı komandiri, podpolkovinik S.M., çeşidli hərbi hissələrdə quluq edən baş leytenant A.A. və kapitan A.M. martın 25-də rüşvət alıb, verərkən saxlanılıblar.
Lent.az-ın «epress»-ə istinadən məlumatına görə, S.M. deyib ki, A.M.-in vasitəçiliyi ilə o, A.A.-nın sərhədyanı bölgədə xidmət etməməsi üçün ondan iri məbləğdə rüşvət alıb.
Bundan başqa podpolkovnik 2012-ci ilin iyul-sentyabr aylarında çeşidli vəzifələrə təyin etmək məqsədi ilə hərbi qulluqçulardan iri məbləğdə rüşvət aldığını da etiraf edib.
Ermənistan ordusunu bu zabitinə qarşı «dələduzluq, bir qrup şəxs tərəfindən danışılmış cinayətin törədilməsi» maddələri üzrə cinayət işi açılıb. O, artıq həbsdədir.