Erməni hərbçilər yol qəzasında öldü
09 sentyabr 2013 16:36 (UTC +04:00)

Erməni hərbçilər yol qəzasında öldü

Ermənistan Ordusunun iki hərbçisi yol qəzasında ölüb.


 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Sevan-Martuni-Qetap Qeqarkunik magistralında baş verib.

 

Qəza nəticəsində avtomobildə olan 3 nəfərdən ikisi – Ermənistan Ordusunun hərbi qulluqçuları Gevorq Ovanisyan və Ruben Baqyan dünyasını dəyişib.

 

Kimliyi açıqlanmayan üçüncü şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

# 710
avatar

Oxşar yazılar